İdman məşqçilərinin vəzifələri artırılacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onların şərəf və ləyaqətinə hörmət etmək idman məşqçisinin vəzifəsi hesab ediləcək.
Məlumat üçün bildirək ki, qüvvədə olan qanuna görə, idmançılarla təlim-məşq prosesini həyata keçirən, onların yüksək nəticələrə nail olmaları üçün yarış fəaliyyətinə rəhbərlik edən müvafiq ali və ya orta ixtisas təhsilinə malik olan fiziki şəxs məşqçi hesab edilir.