Medianews.az
Gəlirləri 100 milyon dolları keçdi -
79 baxış

Gəlirləri 100 milyon dolları keçdi - Özü AÇIQLADI

OnlyFans platformasında ən çox qazanan kontent yaradıcılarından biri olan Sofi Reyn etdiyi açıqlama ilə sosial mediada böyük rezonans doğurub.

Medianews.az xəbər verir ki, Reyn platformadakı ümumi gəlirinin 100 milyon dolları keçdiyini rəsmi şəkildə elan edib.

Sofi Reyn OnlyFans hesabından əldə etdiyi ümumi qazancı nümayiş etdirən gəlirlərin ekran görüntüsünü əks etdirən video paylaşıb. Video sosial şəbəkələrdə sürətlə yayılaraq onun iddialarının real olduğunu göstərib. Paylaşılan məlumatlara görə, Reyn-in OnlyFans-dan əldə etdiyi ümumi gəlir 101 milyon dolları ötüb.

Sosial media platforması X-də yayımlanan videoda Sofi Reyn bu sözləri deyib:

“Nəhayət ki, 100 milyon dollara çatdım. Hamınıza dəstəyiniz üçün təşəkkür edirəm.”

Reyn bildirib ki, bu səviyyədə qazanc əldə etmək hər OnlyFans kontent yaradıcısı üçün adi hal deyil. Onun sözlərinə görə, böyük auditoriya, uzunmüddətli fəaliyyət və platformada tanınmışlıq olmadan bu cür gəlirlərə çatmaq mümkün deyil.

Qeyd edək ki, Sofi Reyn hazırda OnlyFans platformasında ən populyar və ən çox gəlir əldə edən adlar sırasında yer alır.

Medianews.az

Bizə qoşulun