Medianews.az
ABŞ-də konqres üzvünə hücum -
59 baxış

ABŞ-də konqres üzvünə hücum - ANBAAN VİDEO

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Somali-Amerika Demokrat Nümayəndəsi İlhan Ömər ictimaiyyət qarşısında çıxış edərkən hücuma məruz qalıb.

Medianews.az xəbər verir ki, naməlum şəxs Ömərin üzünə sprey ilə maye püskürüb.

Hadisə ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı keçirilən etirazlar zamanı baş verib. İlhan Ömər çıxışı zamanı bir kişi tərəfindən hücuma məruz qalıb, lakin vəziyyət dərhal nəzarət altına alınıb. Ömər xəsarət almayıb və çıxışını davam etdirib.

Minneapolis polisi hücumu həyata keçirən şəxsin 55 yaşlı Entoni Kazmirçak olduğunu açıqlayıb. Şübhəli saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.

"The Hill" qəzetinə istinadən yayılan məlumata görə, polis sözçüsü bildirib ki, Ömər ciddi xəsarət almayıb. Hadisə yerinə məhkəmə-tibbi ekspertiza qrupları cəlb olunub.

Hadisədən sonra açıqlama verən İlhan Ömər deyib:

“Bu cür insanların başa düşmədiyi həqiqət budur: biz Minnesota ştatında güclüyük. Bizə nə atsalar da, möhkəm qalacağıq”.

Qeyd edək ki, Donald Tramp daha əvvəl İlhan Öməri “səriştəsiz”, “dəhşətli” və “zibil” kimi ifadələrlə təhqir edib, Somali immiqrantlarının Minnesota ştatını “xarabalığa çevirdiyini” iddia edib və Ömərin deportasiya olunmalı olduğunu bildirib.

Ömər isə buna cavab olaraq qeyd edib:

“Trampa mesajım budur: nifrət dolu ritorikanız işə yaramayacaq. Somali-amerikalılar burada qalır”.

Medianews.az

Somali asıllı Demokrat Temsilciler Meclisi üyesi Ilhan Omar.

İlhan Ömər

Bizə qoşulun