Medianews.az
Rəqibinin ayağını sındıran Madiboya SƏRT CƏZA -
100 baxış

Rəqibinin ayağını sındıran Madiboya SƏRT CƏZA - FİFA açıqladı

FİFA-nın İntizam Komitəsi Qətər millisinin yarımmüdafiəçisi Assim Ömər Madibonu 5 oyunluq cəzalandırıb.

Medianews.az xəbər verir ki, bu qərar DÇ-2026-nın qrup mərhələsində Kanada ilə oyun zamanı Madibonun Kanada millisinin futbolçusu İsmael Kone qarşı etdiyi reallıqdan kənar, kobud fəndlə bağlıdır.

Həmin epizodda qırmızı vərəqə alan qətərli futbolçunun rəqibi meydanı ağır zədə ilə tərk edib, matç isə Kanadanın 6:0 hesablı darmadağını ilə bitib.

Həkimlərin son diaqnozuna əsasən, Kanadanın yarımmüdafiəçisi Konenin sol ayağının incik və qamış sümükləri sınıb. Bu ağır zədə səbəbindən o, cari dünya çempionatında bir daha meydana çıxa bilməyəcək.

Medianews.az

Bizə qoşulun