Argentinanın Kordoba şəhərində keçirilən Cənubi Amerika Rallisi zamanı qəza baş verib.
Medianews.az xəbər verir ki, idarəetmədən çıxan yarış avtomobili tamaşaçıların arasına girib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə Mina Klavero bölgəsindəki mərhələdə qeydə alınıb. Paraqvaylı pilotlar Didye Arias və Hektor Nunesin idarə etdiyi avtomobil yol kənarında yarışı izləyən insanların arasına girib.
Qəza səbəbindən yarışın final mərhələsi ləğv olunub. Faktla bağlı araşdırma aparılır.
Hadisədən sonra təhlükəsizlik məsələləri yenidən gündəmə gəlib.
Medianews.az