Medianews.az
Mark van Bommel bu millinin
81 baxış

Mark van Bommel bu millinin yeni baş məşqçisi oldu

Niderland millisinin sabiq futbolçusu Mark van Bommel Belçika millisinin baş məşqçisi olacaq.

Medianews.az xəbər verir ki, mütəxəssislə bağlı təyinat artıq razılaşdırılıb. Qalan yalnız rəsmi sənədlərin imzalanmasıdır. Müqavilənin 2028-ci ilə qədər nəzərdə tutulduğu bildirilir.

Belçika Futbol Federasiyası daha əvvəl açıqlamışdı ki, milli komandanın hazırkı baş məşqçisi Rudi Qarsiya ilə müqavilə uzadılmayacaq. Onun sözləşməsi 31 iyul 2026-cı ildə başa çatır.

Qeyd edək ki, Belçika millisi 2026-cı il dünya çempionatında 1/4 finala qədər irəliləyib və bu mərhələdə İspaniyaya 1:2 hesabı ilə məğlub olub.

Medianews.az

Bizə qoşulun