“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike hesab edir ki, Kataloniya klubu hazırda "Real Madrid"i geridə qoyur.
Medianews.az xəbər verir ki, Pike komandanın son illərdəki uğurlarının və sabitliyinin ona üstünlük verdiyini bildirib.
“Düşünürəm ki, bu gün də “Barselona” “Real”dan üstündür. La Liqada son iki çempionluq komandaya müəyyən status və mövsümün əvvəlində favorit üstünlüyü verir. Lakin bu statusu hələ təsdiqləmək lazımdır”, – deyə Pike qeyd edib.
O vurğulayıb ki, baş məşqçi Hans-Diter Flikin artıq üçüncü mövsüm komandada çalışması və futbolçuların onun oyun fəlsəfəsini mənimsəməsi “Barselona” üçün əlavə üstünlük yaradır.
Medianews.az