Kreml ABŞ Dövlət Departamentinin katibi Marko Rubionun Rusiyanın guya Ukraynada sülh istəməməsi ilə bağlı bəyanatı ilə qəti şəkildə razılaşmır.
Medianews.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz çətin ki, bununla razılaşa bilərik. Rusiya həqiqətən sülh istəyir. Rusiya Ukrayna probleminin siyasi və diplomatik yolla həllinə açıqdır", - Kremlin sözçüsü vurğulayıb.
Medianews.az