Medianews.az
Oğurlanmış Pikasso tablosu illər sonra
75 baxış

Oğurlanmış Pikasso tablosu illər sonra tapıldı

Fransada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı diqqətçəkən tapıntı aşkarlanıb.

Fransanın Val-de-Marn departamentində narkotiklərlə mübarizə üzrə aparılan istintaq çərçivəsində həyata keçirilən axtarış zamanı məşhur ispan rəssamı Pablo Pikassoya məxsus oğurlanmış tablo tapılıb.

Məlumata görə, əsərin dəyəri on milyonlarla avro ilə qiymətləndirilir. Hələlik söhbətin Pikassonun hansı əsərindən getdiyi açıqlanmır. Bildirilir ki, rəsm əsəri daha əvvəl Parisdə yerləşən saxlanc məntəqələrindən birindən oğurlanıb.

Şampinyi-sür-Marn kommunasında yerləşən mənzildə aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tablodan əlavə yüz minlərlə avro dəyərində dizayner geyimləri, təxminən 20 kiloqram həşiş və 7 min avro nağd pul da aşkarlayıblar.

Əməliyyat nəticəsində altı nəfər saxlanılıb. Onlardan dördü barəsində artıq məhkəmə araşdırmasına başlanılıb.

İstintaq materiallarına əsasən, şübhəlilərdən biri saxlanc məntəqəsində mühafizəçi kimi fəaliyyət göstərib. Onun orada saxlanılan qiymətli əşyaları mərhələli şəkildə oğurlayaraq kənara çıxardığı ehtimal olunur./milli.az

Bizə qoşulun