Medianews.az
Məşhur serialının ulduzu vəfat edib -
96 baxış

Məşhur serialının ulduzu vəfat edib - FOTO

Məşhur “Dawson’s Creek” serialında “Dawson Leery” obrazı ilə tanınan amerikalı aktyor Ceyms Van Der Bik 48 yaşında vəfat edib.

Medianews.az xəbər verir ki, 1998–2003-cü illərdə yayımlanan serialla şöhrət qazanan aktyor 2024-cü ildə kolorektal xərçəng diaqnozu aldığını açıqlamışdı.

 O, xəstəliklə mübarizəni uduzub.

Kədərli xəbəri həyat yoldaşı Kimberli Van Der Bik sosial şəbəkə hesabında paylaşıb. O, aktyorun səhər saatlarında dünyasını dəyişdiyini bildirib və ailənin məxfiliyinə hörmət olunmasını xahiş edib.

Qeyd edək ki, Ceyms Van Der Bikin altı övladı var. O, müxtəlif filmlərdə də rol alıb.

Medianews.az

Bizə qoşulun