Əməkdar artist Elza Seyidcahan Milli Yaylaq Festivalının açılış mərasimində həssas qrupdan olan uşaqlarla birlikdə səhnəyə çıxaraq duyğusal anlar yaşadıb.
Medianews.az xəbər verir ki, sənətçi uşaqlarla birlikdə məşhur "Dəniz kimi" mahnısını ifa edib. Çıxış inklüziv cəmiyyətin təşviqi, bərabərlik və həmrəylik mesajı ilə yadda qalıb.
Festival iştirakçıları tərəfindən alqışlarla qarşılanan çıxış tədbirin ən təsirli məqamlarından biri kimi dəyərləndirilib.
Qeyd edək ki, sözügedən çıxış "Ümidlə Gəl" Xeyriyyə Layihəsi və Inclusive Organization Companynin təşkilati dəstəyi ilə həyata keçirilən inklüziv fəaliyyətlər çərçivəsində baş tutub. Bu təşəbbüs həssas qrupdan olan uşaqların cəmiyyətə inteqrasiyasına və onların ictimai həyatda fəal iştirakına dəstək məqsədi daşıyır.






