Diyetoloq Botikariya Qarsiya qəhvəyə ən çox əlavə edilən məhsullardan biri olan şəkərin sağlamlığa təsiri barədə danışıb.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, ağ və qəhvəyi şəkər arasında ciddi fərq yoxdur. Mütəxəssis bildirib ki, hər iki məhsulun tərkibinin təxminən 95–99 faizi şəkərdən ibarətdir.
Qarsiya qeyd edib ki, qəhvəyi şəkərdə ağ şəkərlə müqayisədə daha çox vitamin və mineral olsa da, istifadə edilən miqdar çox az olduğu üçün bu fərq sağlamlığa ciddi təsir göstərmir.
"Hər iki şəkər növü orqanizmdə demək olar ki, eyni təsirə malikdir. Bu, zəhər deyil, amma sağlam qida da hesab olunmur", – deyə diyetoloq bildirib.
Medianews.az