Braziliya "Santos"unun hücumçusu Neymar komandanın məşq bazasını icazəsiz tərk edib.
Medianews.az xəbər verir ki, futbolçu Braziliya çempionatında "Şapekoense" ilə oyundan sonra keçirilən bərpa məşqində iştirak etməyib. Neymar klub bazasına gəlsə də, qəhvə içib və şəkil çəkdirib, daha sonra məşqə qatılmadan evinə qayıdıb.
Qeyd olunur ki, onun bu addımı məşqçilər heyəti ilə razılaşdırılmayıb.
Bundan əvvəl Neymar "Şapekoense" ilə 2:2 hesablı heç-heçə başa çatan oyundan sonra komanda yoldaşları Qabriel Bontempo və avtoqol müəllifi Joao Ananiası sərt tənqid edib. Mətbuata görə, futbolçunun açıqlamaları soyunub-geyinmə otağında qəbul edilən normal həddi aşıb.
Qeyd edək ki, Neymar həmin görüşdə iki qol vurub.
Medianews.az