Rusiyanın Xalq artisti Alla Puqaçova Latviyada keçirilən Layma Vaykule festivalında fərqli obrazları ilə diqqət çəkib.
Medianews.az xəbər verir ki, Yurmalada keçirilən tədbirə sənətçi həyat yoldaşı, şoumen Maksim Qalkinlə qatılıb. Hər gün fərqli geyim seçən Puqaçova bu dəfə isə media qarşısına əsası ilə çıxıb.
Jurnalistlərin suallarını cavablandıran 77 yaşlı müğənni ölkəsindən kənarda yaşamasından danışıb.
Puqaçova bildirib ki, uğursuz yıxılma nəticəsində ayağı sınıb və bud-çanaq oynağından zədə alıb. Sənətçi etiraf edib ki, təxminən dörd ay yataq rejimində olub, tam bərpa prosesi isə altı ay davam edib.
"Bu dövr mənim üçün çox ağır oldu. Hətta panik ataklarla da qarşılaşdım" deyə, Alla bildirib.
Müğənni zamanla hərəkət qabiliyyətini bərpa etdiyini, əvvəlcə əsadan istifadə etdiyini, daha sonra isə onsuz da yeriyə bildiyini söyləyib. Hazırda isə əsanı yalnız çox insan olan tədbirlərdə əlavə dayaq lazım olduqda götürdüyünü qeyd edib.
Qeyd edək ki, Alla Puqaçova və Maksim Qalkin son illərdə əsasən xaricdə yaşayırlar.\\Axşam.az