Medianews.az
İnfantino tənqidçilərə
78 baxış

İnfantino tənqidçilərə cavab verdi

FİFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Kubokuna yönələn tənqidlərə cavab verib.

Medianews.az xəbər verir ki, İnfantinonun sözlərinə görə, bəzi şəxslər turniri tənqid etməklə məşğul olduqları halda, FİFA dünyanın ən böyük futbol şousunu təşkil edib.

"Siz nifrət yayarkən, biz insanları birləşdiririk. Siz bölərkən, biz bir araya gətiririk", – deyə FIFA rəhbəri vurğulayıb.

O qeyd edib ki, çempionat ailələri, azarkeşləri və müxtəlif ölkələrdən olan insanları futbol ətrafında birləşdirib. İnfantino həmçinin bildirib ki, kiçik ölkələrin komandalarının böyük turnirdə özlərini göstərməsi futbolun hamı üçün bərabər imkan yaratdığını nümayiş etdirib.

FİFA prezidenti tənqidçiləri düşünməyə, "sülh və harmoniya tapmağa" çağırıb və futbolun bütün nifrətlərdən üstün olduğunu bildirib.

Qeyd edək ki, 2026-cı il Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edib.

Medianews.az

Bizə qoşulun