Medianews.az
 İnfantino:
98 baxış

İnfantino: "Futbol siyasət deyil"

FİFA prezidenti Canni İnfantino bildirib ki, İran milli komandası 2026-cı il Dünya Kuboku zamanı ABŞ-də heç bir insidentlə qarşılaşmayıb.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, turnir müddətində müxtəlif ölkələrdən gələn milyonlarla azarkeş təhlükəsiz şəraitdə futbol izləyib. İnfantino vurğulayıb ki, futbol insanları birləşdirən vasitədir və siyasətdən uzaq olmalıdır.

"İran millisi ABŞ-yə heç bir insident və ya qarşıdurma olmadan gəldi. Futbol sülhdür, siyasət deyil. Futbol birlikdir, parçalanma deyil", – deyə FİFA rəhbəri bildirib.

Qeyd edək ki, İran millisi Dünya Kubokunda qrup mərhələsini 3 xalla üçüncü pillədə başa vuraraq pley-offa yüksələ bilməyib.

Medianews.az

Bizə qoşulun