Medianews.az
Məşhur sənətçilərin dostluğu pozuldu? -
162 baxış

Məşhur sənətçilərin dostluğu pozuldu? - VİDEO

Türkiyə pop musiqisinin tanınmış simaları Sezen Aksu və Nazan Öncel arasında münasibətlərin pozulduğu iddia olunur.

Medianews.az xəbər verir ki, aprel ayında birlikdə "Kişilər də yanır" mahnısını səsləndirən sənətçilərdən Nazan Öncel Harbiye konsertində səhnədən etdiyi açıqlama ilə diqqət çəkib.

Müğənni çıxışı zamanı “Bu dövrdə dostluqların saxta olduğunu başa düşdük. İnsan ya olduğu kimi görünməli, ya da göründüyü kimi olmalıdır” deyib. Onun bu sözləri isə sosial şəbəkələrdə Sezen Aksuya göndərmə kimi qiymətləndirilib.

Uzun illər yaxın dost kimi tanınan iki sənətçi arasındakı gərginliklə bağlı Sezen Aksu hələlik açıqlama verməyib.

Medianews.az

Bizə qoşulun