Medianews.az
Məşhur aparıcının ən dəyərli əşyası
46 baxış

Məşhur aparıcının ən dəyərli əşyası oğurlandı

Britaniyalı televiziya aparıcısı və DJ Edit Bouman qatarda üzləşdiyi hadisə barədə danışıb.

Medianews.az xəbər verir ki, aparıcı Londondan İngiltərənin Kembl kəndinə qatarla səfər edərkən çamadanı oğurlanıb.  

O bildirib ki, hadisə ilə bağlı polisə müraciət edib. Boumanın sözlərinə görə, oğurlanan çamadanda onun üçün böyük mənəvi dəyəri olan əşyalar olub. Onların arasında mərhum babasının külündən hazırlanmış üzük də var idi. “Babam vəfat edəndə anam onun külündən mənə üzük düzəltdi. Ona görə də gedib mağazadan eynisini ala bilmərəm”, – deyə aparıcı bildirib.

O əlavə edib ki, çamadanda həmçinin həyat yoldaşının ona hədiyyə etdiyi zinət əşyası da olub.

Teleaparıcı çamadanı götürən şəxslərə müraciət edərək, əşyaları ən yaxın qatar stansiyasına qaytarmağa çağırıb. O, həmçinin oğurluğun müşahidə kameralarına düşdüyünü qeyd edib.

Medianews.az

Bizə qoşulun