Medianews.az
Gecə səmasında naməlum obyekt? -
43 baxış

Gecə səmasında naməlum obyekt? - Bu ölkənin sakinləri təşvişə düşdü

Cənubi Avstraliyada 13 fevral axşamı baş verən sirli bir hadisə ölkənin sakinlərini qorxudub.

Medianews.az xəbər verir ki, səmada parlaq işıq şüaları fırlanaraq peyda olub və bu, yerli əhali arasında müxtəlif şayiələrə səbəb olub.

Bir çox insan səmada gördükləri bu qeyri-adi işıqları yadplanetli gəmisi və ya casus təyyarəsi kimi şərh edib.

Hadisə barədə sosial mediada dərhal müxtəlif nəzəriyyələr yayılmağa başlayıb. Lakin hadisəni araşdıran alimlər bu sirli fenomenin təbiətini açıqlayıb. Araşdırmalar göstərib ki, Avstraliyalıların gördüyü işıq şüaları Cənubi Amerikanın Fransa Qvianasındakı kosmodromdan “Ariane 6” raketinin buraxılışının nəticəsi olub.

Həmin raket, 32 Amazon peykini orbitə göndərərək Avstraliya sakinlərinin səmada fırlanan işıq şüalarını görmələrindən üç saat əvvəl havaya qalxıb.

Medianews.az

Bizə qoşulun