Medianews.az
Moldova parçalanır? -
48 baxış

Moldova parçalanır? - Dodondan sərt XƏBƏRDARLIQ

“Maya Sandunun hazırkı siyasi kursu ölkənin parçalanmasına səbəb ola bilər”.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Moldovanın sabiq dövlət başçısı İqor Dodon deyib.

O qeyd edib ki, Moldova vətəndaşlarının əksəriyyəti ölkənin neytral statusunun qorunmasını və dövlətçiliyin saxlanılmasını dəstəkləyir. Dodonun sözlərinə görə, əgər Sandu hakimiyyətdə qalmağa davam edərsə, ölkədə təbliğat və siyasi təzyiqlər nəticəsində vəziyyət dəyişə bilər.

“Əgər bu rejim daha bir neçə il davam edərsə, ölkə sadəcə olaraq parçalana bilər. Buna görə də hökumətin kursunu dəyişdirmək və ölkə daxilində dialoqa qayıtmaq lazımdır. Yalnız daxili dialoq digər ölkələrin faciəvi ssenarilərinin təkrarlanmasının qarşısını ala bilər”, – deyə siyasətçi vurğulayıb.

Medianews.az

Bizə qoşulun