Medianews.az
Milli futbol çempionatının yüksək dəstəsində
81 baxış

Milli futbol çempionatının yüksək dəstəsində SIRALAMA

Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2025-2026 mövsümü davam edir.

Medianews.az bildirir ki, 33 turluq çempionatda 20 turdan sonra ilk üçlükdə “Sabah” 49, “Qarabağ” 45, “Zirə” 35 xalla yer alır.

“Turan Tovuz” 34, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Neftçi” 30, “Şamaxı” 24 xal toplayıb.

“İmişli” 19, “Qəbələ” 14, “Kəpəz” 13, “Karvan-Yevlax” 6 xal əldə edib.

UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünün ilkin sxeminə görə, Azərbaycan çempionu Çempionlar Liqasına birinci mərhələdən, bürünc mükafatçının Konfrans Liqasına birinci, gümüş mükafatçının ikinci mərhələdən başlaması gözlənir.

1992-ci ildən başlayaraq “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə ölkə çempionu olub.

Medianews.az

Bizə qoşulun