Medianews.az
Qızdırmanı salmaq istəyərkən həyatınızı riskə atmayın -
44 baxış

Qızdırmanı salmaq istəyərkən həyatınızı riskə atmayın - Həkimdən XƏBƏRDARLIQ

“Təhlükə termometrdə görünən rəqəmdə deyil, ev şəraitində qızdırmanı salmağa çalışarkən edilən yanlış addımlardadır”.

Medianews.az xəbər verir ki, bunu həkim Aleksandr Novikov deyib.

Həkimin sözlərinə görə, ən təhlükəli üsullardan biri bədəni spirt və ya sirkə ilə ovuşdurmaqdır. O izah edib ki, spirt dəri və tənəffüs yolları vasitəsilə tez sorulur və bu, orqanizmdə zəhərlənməyə, qıcolmalara, tənəffüsün zəifləməsinə və damar spazmına səbəb ola bilər. Üstəlik, bu üsul daxili temperaturu azaltmır, əksinə vəziyyəti daha da ağırlaşdıra bilər.

Novikov həmçinin xəstəni qalın yorğana bükməyin təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu üsul ağır susuzlaşmaya, ürək və beyin zədələnməsinə gətirib çıxara bilər. Xüsusilə yaşlılar və azyaşlı uşaqlar üçün bu cür səhv addımlar ölümcül nəticə verə bilər.

Həkim daha bir ciddi təhlükəyə, qızdırmasalıcı dərmanların nəzarətsiz qəbuluna də diqqət çəkib.

 O bildirib ki, parasetamolun həddindən artıq istifadəsi kəskin qaraciyər çatışmazlığına səbəb ola bilər. Eyni zamanda, bir neçə dərmanın birlikdə qəbulu qaraciyərin zəhərli zədələnməsi və ya mədə-bağırsaq qanaxması riskini artırır.

Ekspert xüsusilə qeyd edib ki, uşaqlar və yeniyetmələr virus infeksiyası zamanı aspirin qəbul etməməlidirlər. Bu, qaraciyər və beyini zədələyən və həyati təhlükə yaradan Reye sindromunun inkişaf riskini artırır.

Medianews.az

Bizə qoşulun