Medianews.az
Trampdan Epşteyn sənədləri ilə bağlı açıqlama:
86 baxış

Trampdan Epşteyn sənədləri ilə bağlı açıqlama: “Gizlədəcək heç nəyim yoxdur” - VİDEO

Donald Trump adı  Ceffri Epşteyn işi üzrə sənədlərdə hallanması ilə bağlı suallara cavab verib.

Medianews.az xəbər verir ki, D.Tramp Floridadan Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

O, bildirib ki, onun gizlədəcək heç nəyi yoxdur və Epşteynlə heç bir əlaqəsi olmayıb: “Tam bəraət almışam”, – deyə o vurğulayıb.

Epşteyn  2019-cu ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və insan alveri ittihamı ilə həbs edilmiş, daha sonra həbsxanada ölü tapılmışdı. İş üzrə sənədlərin bir hissəsinin açıqlanması ABŞ-də siyasi müzakirələri yenidən alovlandırıb.

Məlumata görə, Tramp və Epşteyn 1990-cı illər və 2000-ci illərin əvvəllərində bəzi ictimai tədbirlərdə birlikdə görüntüləniblər. Tramp daha əvvəl Epşteynlə münasibətlərini illər öncə kəsdiyini bildirmişdi.

Qeyd olunur ki, sənədlərdə bir sıra tanınmış şəxslərin adları çəkilsə də, bu, avtomatik olaraq cinayət ittihamı anlamına gəlmir.

Araşdırmalar və ictimai müzakirələr davam edir.

Medianews.az

Bizə qoşulun