Rusiyanın Yakutiya bölgəsində iki yeniyetmə qız onlardan birinin 40 yaşlı anasını və 11 yaşlı qardaşını qətlə yetirməkdə təqsirləndirilərək məhkəmə qarşısına çıxacaq.
Medianews.az xəbər verir ki, hadisənin 2 oktyabr 2025-ci il tarixində axşam saatlarında baş verdiyi bildirilir.
İstintaqın məlumatına görə, yeniyetmələr cinayəti əvvəlcədən planlaşdırıblar. Mənzildə aparılan baxış zamanı çəkic və yakut bıçağı aşkarlanıb.
Prokurorluq iki yerli yetkinlik yaşına çatmayan şəxs barəsində ittiham aktını təsdiqləyib. Cinayət işi baxılması üçün Yakutsk Şəhər Məhkəməsinə göndərilib.
Qətlə yetirilən qadının hərbi komissarlıqda psixoloq işlədiyi, ailə başçısının isə Kommunist Partiyasının Yakutsk Şəhər Komitəsinin birinci katibi olduğu bildirilib. Ata xüsusi hərbi əməliyyat zamanı həlak olub.
Faktla bağlı araşdırma davam edir.
Medianews.az