Anna Akopyan Ermənistanın baş naziri Nikol Paşinyanla vətəndaş nikahının pozulduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
"Əziz həmvətənlərim,
Sizə bildirirəm ki, Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım sona çatıb.
Bu mövzunu müzakirə edərkən hər kəsdən təmkinli və nəzakətli olmağı xahiş edirəm. Təşəkkür edirəm”, - deyə Anna Akopyan yazıb.
Akopyan paylaşımında onların vətəndaş nikahının rəsmiləşdirildiyini və VHQ-də qeydiyyata alındığını açıqlayıb.