İstanbul mərkəzli keçirilən qanunsuz mərc əməliyyatı çərçivəsində Ankara, İzmir, Hatay və Diyarbəkirdə eyni vaxtda reydlər aparılıb.
Medianews.az “Haberler.com”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 8 nəfər saxlanılıb, 3 şirkət və “Diyarbekirspor” futbol klubunun əmlakına həbs qoyulub.
Aparılan araşdırmalar zamanı klubun sabiq prezidenti və bəzi rəhbər şəxslərin qanunsuz mərc saytının sahibi olduqları müəyyən edilib.
Cinayət yolu ilə əldə olunan vəsait müxtəlif idman klubları vasitəsilə leqallaşdırılıb.
İstintaq materiallarına əsasən, mərc fəaliyyətindən əldə edilən gəlirlər klubun mühasibi və bəzi əməkdaşlarının bank hesabları üzərindən klubun hesablarına köçürülüb.
Əməliyyat zamanı 6 avtomobil, 3 motosiklet, 7 mənzil, 6 torpaq sahəsi və 1 qeyri-yaşayış obyekti də müsadirə edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Medianews.az