Medianews.az
İxracın 88 faizi bir sektorun payına düşür
94 baxış

İxracın 88 faizi bir sektorun payına düşür

Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan 2026-cı ilin yanvarında 128 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 2,2 milyard dolları, idxal 1,3 milyard dolları ötüb.

Medianews.az bildirir ki, ticarət tərəfdaşlarının ilk üçlüyündə İtaliya, Türkiyə və Çin qərar tutub, ixracda İtaliya, idxalda Çin öndə gəlib.

Statistikaya əsasən, ixracın 5,62 faizi MDB ölkələrinə, 71,42 faizi Avropa İttifaqı ölkələrinə, 22,96 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 20,47 faiz, Avropa İttifaqının payı 14,15 faiz, başqa ölkələrin payı 65,38 faiz olub.

İxracın 88 faizi neft-qaz sektorunun payına düşüb, idxalda ən böyük payla maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (23,5 faiz) göstərilib.

Medianews.az

Bizə qoşulun