Medianews.az
Orban Zelenskini açıq
76 baxış

Orban Zelenskini açıq ittiham etdi

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə sərt müraciət edib.

Medianews.az xəbər verir ki, o, Zelenskini Macarıstanda keçiriləcək seçkilərə müdaxilə etməməyə çağırıb.

Orban sosial şəbəkə hesabında yazıb ki, Ukrayna nümayəndələri Macarıstandakı seçki kampaniyasında fəal iştirak edirlər. Onun iddiasına görə, rəsmi Kiyev Budapeştdəki siyasi proseslərə təsir göstərməyə çalışır.

“Onlar rəqiblərimizi öz şəxsi maraqları üçün maliyyələşdirirlər. Müdaxiləni dayandırın; Macarıstan öz gələcəyini özü müəyyən etməlidir!” – deyə Orban paylaşımında bildirib.

Baş nazirin bu açıqlaması iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşə biləcəyinə işarə edir.

Medianews.az

Bizə qoşulun