Medianews.az
Hoteldə qorxulu anlar –
51 baxış

Hoteldə qorxulu anlar – Tursitlərin olduğu lift ÇÖKDÜ

Taylandda turistlərin olduğu lift çöküb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə məşhur kurort adası Pxuketdə, dördulduzlu “Tuana Hotels Casa Del Sol” hotelində baş verib.

Liftin çökməsi nəticəsində altı rusiyalı turist xəsarət alıb. Turistlər uşaqları ilə birlikdə birinci mərtəbədən beşinci mərtəbəyə qalxarkən lift kabinəsi qəfildən şaxtaya düşüb və birinci mərtəbənin altına çöküb.

Hadisə zamanı dörd böyük, səkkiz yaşlı bir qız və 16 yaşlı yeniyetmə xəsarət alıb. Yaralılar müxtəlif dərəcəli travmalarla xəstəxanaya çatdırılıblar.

İlkin məlumata əsasən, faktla bağlı araşdırma başlanıb və liftin texniki vəziyyəti yoxlanılır.

Medianews.az

Bizə qoşulun