Medianews.az
Mbappe:
92 baxış

Mbappe: "Messini təqib etmirəm, əgər etsəm..."

Fransa millisinin hücumçusu Kilian Mbappe, DÇ-2026-nın bombardirlik yarışında Argentina kapitanı Lionel Messi ilə aralarındakı rəqabətə münasibət bildirib.

Medianews.az xəbər verir ki, Mbappenin sözlərinə görə, o, Messinin oyununu xüsusi olaraq izləmir: “Messinin nə etdiyini təqib etmirəm. O, həmişə qol vurub və vurmağa da davam edəcək. Əgər onun etdiklərinə baxmağa başlasam, gərək meydanda indikindən də çox iş görüm”.

Hazırda DÇ-2026-da hər iki futbolçunun aktivində 6 qol var. Bununla yanaşı, Messi 19 qolla dünya çempionatları tarixinin ən məhsuldar oyunçusudur. Mbappe isə 18 qolla tarixi siyahıda ikinci pillədə qərarlaşaraq əfsanəvi rəqibini addım-addım təqib edir.

Medianews.az

Bizə qoşulun