Medianews.az
Mbappe matçdan sonra
78 baxış

Mbappe matçdan sonra danışdı

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın qrup mərhələsində Seneqala qarşı oyunda (3:1) dubla imza ataraq milli komandadakı qollarının sayını 58-ə çatdırıb.

Medianews.az xəbər verir ki, bu göstərici ilə o, 57 qolla Fransa yığmasının əvvəlki rekordçusu Olivye Jirunu geridə qoyaraq milli komanda tarixinin ən çox qol vuran futbolçusu olub.

Mbappe milli yığmadakı 99-cu oyununda bu nəticəyə nail olub.

Futbolçu rekordla bağlı danışarkən şəxsi uğurlardan çox komandanın hədəflərinə fokuslandığını bildirib və hazırda əsas məqsədinin dünya çempionatında uğur qazanmaq olduğunu vurğulayıb.

Medianews.az

Bizə qoşulun