FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Dünya Çempionatı (DÇ-2026) çərçivəsində keçirilən Argentina - Misir matçındakı mühüm hakim qərarlarını təhlil edib.
Medianews.az xəbər verir ki, təcrübəli mütəxəssis Misir millisinin qolunun ləğv edilməsi epizodunu bu sözlərlə izah edib:
"Vurulan hər qoldan sonra VAR sistemində hücumun başlama fazası (APP) yoxlanılır. Əgər hücumun kökündə qola təsir edən bir qayda pozuntusu qeydə alınıbsa, VAR baş hakimə epizodu monitorda izləməyi tövsiyə edir. Burada zaman və ya qapıya qədər olan məsafə ilə bağlı dəqiq bir məhdudiyyət yoxdur. Argentina - Misir matçında misirlilərin 19 nömrəli oyunçusu Marvan Attia argentinalıların 6 nömrəli müdafiəçisi Lisandro Martinesin ayağına açıq şəkildə basıb. Biz hesab edirik ki, foll elə folldur. Əgər baş hakim bunu meydanda gözdən qaçırıbsa, VAR müdaxilə etməyə borcludur".
Kollina rəqibin ayağına basmağın qayda pozuntusu olduğunu, lakin müdafiəçi əvvəlcə topa oynayıb, daha sonra adi futbol təması yaşayıbsa, bunun fol sayılmadığını vurğulayıb:
"Bunun bir nümunəsi oyunun sonunda baş verdi. Meydandakı hakim və VAR qrupu Misirin 10 nömrəsi Məhəmməd Salah ilə Argentinanın 10 nömrəsi Xulian Alvares arasındakı epizodu futbol üçün normal bir təmas hesab etdilər və qayda pozuntusu qeydə alınmadı".
Medianews.az