Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” Almaniyanın 2-ci Bundesliqasında 25-ci tur oyununa çıxıb. Komanda səfərdə “Bohum”la üz-üzə gəlib.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Mahir də bu görüşdə iştirak edib. O, 83-cü dəqiqədə meydana daxil olub. Onun forma geydiyi dəqiqələrdə tərəflər fərqlənməyib.
Qeyd edək ki, hazırda “Kayzerslautern” turnir cədvəlində 37 xalla 7-ci pillədə qərarlaşır.