Hollivud ulduzu Zendaya bir müddət fəaliyyətinə ara verəcəyini açıqlayıb.
Medianews.az xəbər verir ki, aktrisa bunu baş rolda çəkildiyi "The Odyssey" filminin Nyu-York premyerasında bildirib.
2026-cı ildə "The Drama", "Euphoria" serialının üçüncü mövsümü, "The Odyssey", "Spider-Man: Brand New Day və Dune: Part Three" kimi layihələrdə rol alan Zendaya sıx iş qrafikindən sonra dincəlmək istədiyini deyib.
"Heç nə etməyəcəyəm. Özümlə vaxt keçirəcəyəm və bir müddət geri planda qalacağam. Bir müddət yoxa çıxmalıyam" deyə, aktrisa vurğulayıb.
Zendaya şəhərlər arasında davamlı səfərlərin və gərgin iş tempinin onu psixoloji cəhətdən yorduğunu da etiraf edib. O bildirib ki, bütün layihələrinin təqdimat prosesi başa çatdıqdan sonra özünə vaxt ayıracaq.
Qeyd edək ki, Zendaya bu il uzun müddətdir birlikdə olduğu aktyor Tom Holland ilə ailə qurub. Xarici mətbuat aktrisanın verəcəyi fasilənin şəxsi həyatına daha çox vaxt ayırmasına da imkan yaradacağını yazıb./Axşam.az