"Bakı Metropliteni" QSC-nin stansiya və tunellərində 6 müasir tipli ventilyator quraşdırılıb.
Bu barədə Medianews.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, yeni nəsil ventilyatorlar Bakı metropoliteninin mikroiqliminə və geoloji xüsusiyyətlərinə uyğun istehsal olunub:
"Onlar temperaturun aşağı salmasına imkan verir, stansiya və tunellər 2-3 dəfə daha çox təmiz hava ilə təmin edilir, dispetçer tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur, elektrik enerjisinə qənaət edir".