Medianews.az
Prezident xurafata inandığına görə finala getmir -
109 baxış

Prezident xurafata inandığına görə finala getmir - Özü elan etdi

Argentina prezidenti Xavyer Miley DÇ-2026 ilə bağlı bir sınamasından danışıb.

Medianews.az-ın məlumatına görə, prezident bildirib ki, mundialın əvvəlindən bəri bütün oyunları Olivos iqamətgahından izləyir və bunu dəyişmək fikrində deyil.

"İlk gündən olduğu kimi, final matçını da Olivosdan izləyəcəm. Bəli, mən bunun bizə düşərli olduğuna inanıram. Həmçinin artıq gödəkçəmi də çıxarmıram. İsveçrə ilə oyunda onu çıxarmışdım və həmin an qol buraxdıq. Yenidən geyindim və o vaxtdan bəri əynimdən çıxarmıram", – deyə Miley bildirib.

Qeyd edək ki, Argentina millisi ÇM-2026-nın finalında iyulun 19-da İspaniya ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun