"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqamsal həlləri tətbiq edəcək.
Bununla bağlı müvafiq prosedura start verilib.
Layihə çərçivəsində üztanıma texnologiyasına əsaslanan davamiyyətə nəzarət sistemi, işə qəbul portalı, "MetroStar", "Bakı Metropoliteni" QSC-də SOS çağırış panellərinin yenilənməsi və mərkəzləşdirilmiş idarəetmə sistemi, qatarların hərəkət qrafikinin idarəetmə platformasının tətbiq olunması, həmçinin digər xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sözügedən layihənin həyata keçirilməsinə ilkin ehtimal olunan məbləğ 5 milyon 237 min 738 manat planlaşdırılır./oxu.az