Rusiya ilə Azərbaycan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bütün məsələləri tam həll edib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə deyib.
“Bu il ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizin fəaliyyəti sayəsində qəzanın nəticələri ilə bağlı bütün məsələləri həll etdik”, - Lavrov bildirib.
Qeyd edək ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embraer-190” təyyarəsi 2024-cü ilin 25 dekabrında Qroznı səmasında Rusiya HHM qüvvələri tərəfindən vurulub. Ciddi zədə alan təyyarə Rusiya hava məkanını tərk edə bilib və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub./axar.az