Rusiyanın sabiq futbolçusu Andrey Arşavin DÇ-2026-nın yarımfinalında İspaniyanın Fransa üzərində 2:0 hesablı qələbəsini şərh edib.
Medianews.az xəbər verir ki, Arşavinin sözlərinə görə, İspaniya nümunəvi müdafiə olunaraq rəqibə demək olar ki, heç bir real qol imkanı vermədi və yaratdığı azsaylı epizodlardan maksimum yararlandı.
"İspaniya ideal oynadı və Fransaya heç bir şans vermədi. Yaratdığı iki fürsəti qola çevirdi, sonra isə oyuna tam nəzarət etdi. Nə tam müdafiəyə çəkildi, nə də fasiləsiz hücum etdi. Topa sahib olaraq tempi idarə etdi. Ancaq etiraf edim ki, belə futbol mənə o qədər də xoş gəlmədi. Buna baxmayaraq, onların qələbəsi tamamilə haqq edilmişdi", – deyə Arşavin bildirib.
Qeyd edək ki, İspaniya yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edərək ÇM-2026-nın finalına yüksəlib. Finalda ispanların rəqibi Argentina olacaq.
Medianews.az