Medianews.az
Qurban Qurbanovdan gözlənilməz qərar –
122 baxış

Qurban Qurbanovdan gözlənilməz qərar – FOTO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.

Medianews.az xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.

Qurban Qurbanovdan ŞOK QƏRAR - FOTO

Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir.

Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.

UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.

Onlardan dörd nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir. (oxu.az)

Bizə qoşulun