Medianews.az
İkardi “Qalatasaray”la
90 baxış

İkardi “Qalatasaray”la son matçına çıxacaq

“Qalatasaray” klubunun prezidenti Dursun Özbek komandadan ayrılan argentinalı futbolçu Mauro İkardiyə xüsusi məktub yazaraq ulduz hücumçu üçün vida matçı təşkil etmək istədiklərini bildirib.

Medianews.az xəbər verir ki, İstanbul təmsilçisi azarkeşlərin sevimlisinə çevrilən və klub tarixində mühüm iz qoyan Mauro İkardi üçün xüsusi vida mərasimi keçirməyə hazırlaşır.

Klub rəhbərliyi İkardinin “Qalatasaray”dan ayrılmasından sonra bu istiqamətdə fəaliyyətə başlayıb. Dursun Özbek futbolçunun menecerinə göndərdiyi məktubda argentinalı hücumçu üçün vida matçı təşkil etmək istədiklərini qeyd edib.

Bildirilib ki, İkardi hələlik bu təklifə rəsmi cavab verməyib. Lakin futbolçunun təklifi qəbul edəcəyi gözlənilir.\Manşet.az

Bizə qoşulun