Kabo-Verde millisinin qapıçısı Vozinya İspaniya yığmasının 19 yaşlı hücumçusu Lamin Yamalı Lionel Messi ilə müqayisə edib.
Medianews.az xəbər verir ki, qapıçısı gələcəkdə Lamin Yamalın növbəti Messi olacağına inanır.
"İnanıram ki, gələcəkdə Lamin Yamal növbəti Messi olacaq", – deyə təcrübəli qolkiper bildirib.
Qeyd edək ki, İspaniya və Argentina milliləri ÇM-2026-nın finalında üz-üzə gələcək. Turnirdə Messi 8 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib, Yamal isə 7 oyunda 1 qol vurub.
Medianews.az