Medianews.az
Litvada rus uşaqlara şok -
51 baxış

Litvada rus uşaqlara şok - rusdilli məktəblərdə təhsil almaları yasaqlanır

Vilnüs şəhərinin rəhbərliyi inteqrasiyanı təşviq etmək üçün Rusiya və Belarusdan olan uşaqların yalnız Litva məktəblərinə qəbul edilməsinə qərar verib.

Musavat.com xəbər verir ki, Vilnüs Şəhər Şurası Avropa Birliyindən kənar ölkələrdən olan uşaqlara şamil ediləcək qətnaməni təsdiqləyib. Əəvvəllər Litvada təhsil almayanlar yalnız litov dilində tədris aparan təhsil müəssisələrinə qəbul ola biləcəklər. Parlamentin 31 üzvü qətnamənin lehinə, səkkizi əleyhinə səs verib, on biri isə bitərəf qalıb.

Yeni qayda əsasən Rusiya və Belarusdan olan uşaqlara aiddir. Lakin məhdudiyyətlər özəl təhsil müəssisələrinə şamil edilməyəcək. Paytaxt merinin müavini Vitautas Mitalas qaydanın ibtidai təhsilə şamil ediləcəyini vurğulayıb. Layihə etnik azlıqlara xidmət göstərən məktəblərin rəhbərliyi, Belarus Valideynləri Assosiasiyası və Tixanovskayanın ofisi ilə müzakirə edilib.

Bu həftənin əvvəlində Mitalas rəqəmlərə istinad edib: hazırda paytaxtdakı məktəblərdə 3485 əcnəbi uşaq təhsil alır, onların 77%-i əsasən rus dilində və xarici dillərdə tədris aparan müəssisələrdə təhsil alır.
Tədqiqat və təcrübə göstərir ki, dil mənimsənilməsi ibtidai siniflərdə ən sürətlidir. Təhsil Nazirliyi də bununla razıdır.

Qətnamə qəbul edilməzdən qısa müddət əvvəl Litvadakı Belarus Valideynləri Assosiasiyası 200-dən çox valideyn, müəllim və fəalın imzası ilə hakimiyyət orqanlarına müraciət edib. Onlar belaruslular üçün istisna edilməsini və uşaqlarının belarus dilində təhsil verən gimnaziyaya göndərilməsini xahiş ediblər.

2020-ci ildə Belarusda baş verən hadisələrdən və 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından sonra bir çox belaruslular şüurlu şəkildə belarus dilini bizi digər millətlərdən və hər şeydən əvvəl Rusiyadan fərqləndirən əsas milli əlamət kimi qəbul ediblər. Müraciətdə bildirilir ki, bu gün Litvada uşaqlarını belarus dilində böyüdən və ya uşaqlarının belarus dilində təhsil almasını istəyən xeyli sayda belarus ailəsi yaşayır, eyni zamanda litov dilini öyrənir və Litva cəmiyyətinə inteqrasiya olunurlar.

Bizə qoşulun