Medianews.az
Ərindən ayrıldı, sevgilisindən uşaq dünyaya gətirdi -
55 baxış

Ərindən ayrıldı, sevgilisindən uşaq dünyaya gətirdi - FOTOLAR

Xoşbəxt evliliyinə son qoyan və 13 illik həyat yoldaşı, iki övladının atası Tom Bredidən ayrılan məşhur model Gisele Bündchen bu gözlənilməz ayrılıqdan qısa müddət sonra özü üçün tamamilə yeni bir həyat qurub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu yeni həyatın mərkəzində isə onun özündən kiçik sevgilisi və üçüncü övladı dayanır.

Gisele Bündchen Tom Bredi ilə evliliyinin bitməsindən sonra özünün və uşaqlarının idman məşqçisi olan braziliyalı Joaquim Valente ilə münasibətə başlayıb. Münasibətin məşhur modelin hələ evli olduğu dövrdə başladığı ilə bağlı şayiələr uzun müddət gündəmdə qalır. Bündchen isə bu iddiaları hər zaman təkzib edərək, Joaquim Valente həyatına daxil olanda evliliyinin artıq bitdiyini bildirir.

Evliliklərinin başa çatmasından təxminən bir il sonra cütlük ilk dəfə əl-ələ görüntülənib. Qısa müddət sonra isə Gisele Bündchenin hamilə olduğu məlum olub.

Məşhur model ötən ilin bu vaxtlarında yeni sevgilisi Joaquim Valentedən bir oğlan uşağı dünyaya gətirib və 44 yaşında üçüncü dəfə ana olub.

 

Qeyd edək ki, üç uşaq anası olan məşhur modelin 38 yaşlı sevgilisi Joaquim Valentedən oğul övladı olması xəbəri 2025-ci ilin fevral ayında yayılmışdı. Körpələri dünyaya gəldikdən bir neçə ay sonra isə cütlüyün gizlicə evləndiyi məlum olmuşdu.

Bizə qoşulun