Medianews.az
Lənkəranda magistralda açıq sahədə yanğın
100 baxış

Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb

Lənkəranda magistral yolun kənarında güclü yanğın başlayıb.

Medianews.az bildirir ki, yanğın yeni Ələt–Astara magistralında yolun Lənkəran şəhərindən keçən hissəsində başlayıb.

Yol kənarında, açıq sahədə olan quru ot örtüyü alovlanıb. Küləkli hava şəraiti səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılaraq magistral yol boyunca sürətlə irəliləyir. Vaxtında təmizlənməyən quru ot kütləsi yanğının daha da genişlənməsinə şərait yaradır. Alovun yolun qarşı tərəfinə keçmə ehtimalı da yüksək qiymətləndirilir.

Faktla bağlı əlavə məlumat veriləcək.//apa

Bizə qoşulun