İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzeti bölgədəki ABŞ hərbi qüvvələrinə qarşı hücumların həyata keçirilməsinə çağırıb.
Medianews.az xəbər verir ki, mənbə Amerikanın İrana qarşı tətbiq etdiyi blokadanın bununla yarıla biləcəyini iddia edib
“Geri çəkilməyin və ya diplomatiya ilğımlarına ümid bağlamağın vaxtı deyil. Cənub limanlarının mühasirəsini aradan qaldırmağın və davamlı təhlükəsizliyi təmin etməyin yolu qətiyyətli hərbi cavablardan keçir”, - nəşr yazıb.
Məqalədə həmçinin iddia olunub ki, qarşı tərəf silah çatışmazlığından əziyyət çəkir, hazırda əsas hədəf birbaşa “təcavüzkar donanma”nın vurulması olmalıdır.
“Keyhan” əlavə edib ki, hazırkı mərhələdə döyüş meydanında səssizlik ABŞ-yə yenidən güc toplamaq imkanı verə bilər: “İranın neft ixracı tam təhlükəsiz şəraitdə təmin olunana qədər Fars (Bəsrə) körfəzində təcavüzkarlar və dəstəkçiləri üçün heç bir nöqtə təhlükəsiz hesab edilməməlidir”.\\Teleqraf