İran artıq Rusiyanı “Şahid” dronları və onların istehsalı üçün texnologiya təchiz etməklə Ukraynaya qarşı müharibədə faktiki olaraq iştirak edir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Sky News-a müsahibəsində deyib.
Zelenskidən Tehranın təhdidləri nəzərə alınmaqla İranın Ukraynaya birbaşa hücum riskinin olub-olmadığı soruşulub. Prezident hücumun artıq baş verdiyini, sadəcə fərqli bir formada olduğunu bildirib: "Əgər İran müharibənin ilk ilindən Rusiyaya yeni baza veribsə, yeni texnologiya - “Şahid” dronları - ilk ildə minlərlə bu dron təmin edib və sonra istehsal lisenziyalarını veribsə - bu, bizə hücum deyilmi? Məncə, belədir".
Zelenskinin sözlərinə görə, Ukrayna yeni cəbhə açmamağa çalışır və ehtiyatla hərəkət edir, lakin aşkar olanı gizlətməyin mənası yoxdur.
"İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər", - deyə prezident bildirib.
O, hər iki ölkənin Rusiya işğalı zamanı Kiyevin xəbərdarlıq və ya təxribatı olmadan Kremlə dronlar, raketlər və 155 mm-lik artilleriya mərmiləri təchiz etdiyini xatırladıb və müharibədə iştirak edən 10.000 Şimali Koreya əsgərindən də bəhs edib.
"Biz bu insanlara etibar edə bilmərik", - deyə Zelenski yekunlaşdırıb.
Onun sözlərinə görə, indi bu təhdidlərin pisləşməsi ehtimalına hazırlıq da lazımdır./Musavat.com