Medianews.az
Bakıda U-17 güləş üzrə
104 baxış

Bakıda U-17 güləş üzrə dünya çempionatı başlayır

Bakıda 17 yaşa qədər güləşçilər arasında dünya çempionatı start götürür.

Medianews.az xəbər verir ki, avqustun 2-dək davam edəcək beynəlxalq turnirin ilk günündə yunan-Roma stili üzrə mübarizəyə start veriləcək.

​Yarışın açılış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxacaq.

​Təsnifat mərhələsində mübarizə aparacaq pəhləvanlarımız və onların rəqibləri:

​55 kq: Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)

​65 kq: Orxan Həbibli – Qaspar Sançez (Çexiya)

​80 kq: İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)

​110 kq: Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)

​Digər idmançımız – 48 kq çəki dərəcəsində yarışan Ömər Salmanov isə yarışa birbaşa 1/8 final mərhələsindən qoşularaq Hindistan təmsilçisi Avinaş Çetake ilə qarşılaşacaq.

​Milli Gimnastika Arenasında təşkil olunan mötəbər yarışda 60-dan çox ölkəni təmsil edən 700-ə yaxın gənc idmançı qüvvəsini sınayacaq. Azərbaycan yığması çempionatda ümumilikdə 29 idmançı ilə təmsil olunur.

Bizə qoşulun