Medianews.az
Küləyə görə Bakı-Pirşağı-Sumqayıt qatarında
99 baxış

Küləyə görə Bakı-Pirşağı-Sumqayıt qatarında problem yarandı

Bakı-Pirşağı-Sumqayıt sürət qatarında ləngimə olub.

Medianews.az-ın məlumatına görə, Sumqayıtdan Bakıya hərəkət edən qatar Zabrat-2 stansiyasında bir neçə dəqiqə ləngidikdən sonra yerindən tərpənib.

Hərəkətə başladıqdan sonra yüksək sürət yığa bilməyən qatar nəticədə növbəti stansiyaya nəzərdə tutulduğundan xeyli gec çatıb.

Aşağı sürətlə yolda dayana-dayana hərəkət edən qatar nəzərdə tutulan hərəkət qrafikdən xeyli kənara çıxıb.

Qatarın maşinistinin anonsundan belə məlum olub ki, hava şəraiti ilə əlaqədar qatarda texniki problem yaşanıb.

Bizə qoşulun