Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ni hədələyib.
Medianews.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
Lavrov xəbərdarlıq edib ki, əgər ABŞ Qrenlandiyanı Rusiyaya qarşı yönəlmiş strateji bazaya çevirərsə, Rusiya hərbi əməliyyatlar keçirəcək.
Sözügedən çıxış Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən Dövlət Dumasında keçirilən "hökumət saatı" zamanı edilib.
Çıxış zamanı diplomat qeyd edib ki, əgər Arktika hərbiləşdirilərsə, Moskva müvafiq hərbi-texniki tədbirlər görməyə məcbur olacaq.
Medianews.az